Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistandan sülhprosesinəxələl gətirəcək Bakıya qarşı böhtan siyasətindən əl çəkməyi tələb edib.
“10 noyabr 2023-cü il tarixində Ermənistanın baş naziri Nikol Paşinyanın 6-cı Paris Sülh Konfransının panel müzakirələrində növbəti dəfə səsləndirdiyi əsassız iddialar İrəvanın siyasi manipulyasiyalardan və təhrif olunmuş interpretasiyadan əl çəkmədiyini nümayiş etdirir. Ermənistanın baş nazirinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin guya "etnik təmizlənmə"yə məruz qaldığı ilə bağlı iddialarını qətiyyətlə pisləyir və rədd edirik”, - Azərbaycan XİN-in bəyanatında deyilir.
XİN-dən vurğulanır ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin şəxsi qərarları əsasında Ermənistana köçməsinin məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı Paşinyana yaxşı məlumdur. “Bu cür əsassız ittihamların regiona səfər edən, eləcə də Ermənistanda aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə də açıq şəkildə ziddiyyət təşkil etdiyini baş nazirə bir daha xatırladırıq”, - nazirlikdən qeyd edilir.
O cümlədən, XİN Azərbaycana qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən İrəvanı sülhperspektivlərinəxələl gətirən açıqlamalardan əl çəkməyə çağırır.
“Ümidvarıq ki, münasibətlərin normallaşdırılması, yaxın zamanda sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycan tərəfindən edilən çağırışlara Ermənistan tərəfindən adekvat cavab veriləcəkdir”, - XİN-dən vurğulanır. **
R.Əhmədov