İsrail Müdafiə Ordusu (İMO) cümə günü məlumat verib ki, Qəzza zolağında HƏMAS qruplaşmasının əsas mövqelərini ələ keçirib. Bu barədə «The Times of Israel» nəşri yazır.
İsrail hərbçilərinin məlumatına görə, bu mövqelərin ələ keçirilməsi əməliyyatı zamanı HƏMAS-ın komanda məntəqəsini, tunelləri, həmçinin raketlərin atıldığı qurğuları məhv etmək mümkün olub.
Bundan əlavə, onların məlumatına əsasən, Əş-Şati rayonunda gedən döyüşlər zamanı «HƏAMAS-ın 150 döyüşçüsü məhv edilib». **