Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Parisdə YUNESKO-nun baş direktoru Odri Azule, baş direktorun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos ilə görüşlər keçirib.
“Görüşlərdə Azərbaycan-YUNESKO münasibətləri, mövcud əməkdaşlıq gündəliyi, o cümlədən Təşkilatın sosial və humanitar elmlər sahəsində əməkdaşlıq perspektivləri, ölkəmiz tərəfindən irəli sürülən çoxsaylı təşəbbüslər barədə fikir mübadiləsi aparılıb», - Azərbaycan XİN-dən qeyd olunur.
Məmmədov həmin görüşlərdə o cümlədən Ermənistan tərəfindən istər Azərbaycan, istərsə də Ermənistan ərazilərində mövcud tarixi, mədəni və dini abidələrin dağıdılması ilə əlaqədar olaraq həmsöhbətlərini ətraflı məlumatlandırıb. “Bu xüsusda, Azərbaycan mədəni irsinin hazırki vəziyyətini qiymətləndirmək məqsədilə Ermənistana müvafiq faktaraşdırıcı missiyanın göndərilməsinə dair çağırış edilib (Azəraycan tərəfindən - İF).
Nazir naziri həmçinin Azərbaycanın tərəfindən aparılmış antiterror tədbirlərindən sonra (2023-cü ilin sentyabr ayında - İF) Ermənistanın Qarabağda mədəniyyət və tarixi abidələrin təhlükə altında olması ilə bağlı iddiaların əsassız olduğunu bəyan edib. Bununla əlaqədar Məmmədov vurğulayıb ki, BMT-nin regiona reallaşdırılan iki missiyası tərəfindən də (2023-cü ilin oktyabr ayında - İF) bu təsdiqlənib. **
R.Əhmədov