İsrail dünc sakinlərin ölümünə səbəb olan Qəzza zolağına zərbələrdən çəkinməlidir, bu cür hərbi əməliyyatlar qanuni sayıla bilməz. Bu barədə Fransa prezidenti Emmanuel Makron bəyan edib.
"Bu gün de-fakto dinc sakinlərə bomba zərbələri endirilir. Körpələr, qadınlar, yaşlı insanlar ölür. Bu cür zərbələr mənasız və qanunsuzdur", - deyə o, BBC teleradiokorporasiyasına müsahibəsində bildirib.
«Biz İsraili buna son qoymağa çağırırıq», - Makron əlavə edib. Bununla yanaşı, Israilin bu halda beynəlxalq hüququ pozub-pozmadığı sualına cavabında o qeyd edib ki, «hakim deyil, dövlət başçısıdır».
Bununla yanaşı, dövlət başçısı Fransanın HƏMAS-ın Israilə hücumunu qınadığına və İsrail tərəfinin «terrorizmdən qurtulmaq» istəyini başa düşdüyünə əmin edib.
«Əvvəlcə humanitar fasilə, sonra isə atəşkəs rejimi, terrorçularla heç bir əlaqəsi olmayan bütün mülki şəxsləri (...) qorumaq üçün başqa həll yolu yoxdur», - Fransa prezidenti əlavə edib.
«Orta və uzunmüddətli perspektivdə İsrailin öz təhlükəsizliyi üçün bütün insanların həyatının dəyərli olduğunu etiraf etməsi vacib olacaq», - Makron hesab edir. **