ABŞ-ın “SpaceX” şirkətinin baş direktoru İlon Mask İsraili ilə radikal HƏMAS qruplaşmasının münaqişəsi fonunda yəhudi dövlətini Qəzza zolağına humanitar yardım göstərməyə çağırıb, çünki bu, onun fikrincə, radikalların dünyada «İsrail hökumətinə müxalifəti alovlandırmasına» mane olacaq. Sahibkarın bəyanatı alim və blogger Leks Fridmanın efirində səslənib.
"[HƏMAS] həqiqətən də İsraili ən aqressiv cavaba təhrik etmək üçün ən dəhşətli cinayətləri törətmək istəyirdi, sonra isə bütün dünya müsəlmanlarını Qəzza və Fələstinə dəstək məqsədilə birləşdirmək üçün bu aqressiv cavabdan istifadə etmək istəyirdi... Və buna müvəffəq oldular", - Mask bildirib.
Onun sözlərinə görə, vəziyyəti düzəltmək üçün İsrail «mümkün olan ən nəzərə çarpan xeyirxahlıq aktlarını həyata keçirməlidir». Onun fikrincə, HƏMAS-ın məqsədlərinə mane olacaq şey məhz budur.
O, Qəzza zolağının ərazisində mobil xəstəxana tikintisini buna misal çəkib. "Mən bunu etməyi tövsiyə edirəm... Bilirsiniz, yemək, su, tibbi təyinatlı əşyalar var", - Mask vurğulayıb. **