İsrailin Müdafiə Ordusu gecə zərbələri zamanı Qəzza zolağında HƏMAS qruplaşmasının bir neçə obyektini, o cümlədən yeraltı tunel və silah anbarını məhv edib. Bu barədə «Times of Israel» xəbər verir.
İMO qüvvələri məktəbin yaxınlığında yerləşən tunelin girişini aşkarlayaraq məhv edib. Bundan əlavə, İsrail Hərbi Dəniz Qüvvələri qruplaşmaya məxsus silah anbarlarına zərbə endirib.
O cümlədən, İsrail hərbçiləri anklavın şimalına zərbələr endiriblər, hədəf HƏMAS döyüşçülərinin istifadə etdiyi binalar olub. **