2023-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məcburi sosial fondlara ayırmalar üzrə yığımı artırıb.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, DVX-nin məlumatına əsasən, 2023-cü ilin yanvar-oktyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4,2 milyard manat (2022-ci ilin 10 ayının göstəricisindən artım 14,4% və ya 532,6 milyon manat) təşkil edib. Həmçinin, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2,7 milyard manat (+15.3%) təşkil edib.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 148,7 milyon manat (+ 15,8%), qeyri-büdcə təşkilatları üzrə daxilolmalar - 110,1 milyon manat (+15,5%) təşkil edib.
Yanvar-oktyabr aylarında icbari tibbi sığorta haqları üzrə daxilolmalar 765,3 milyon manat (+15,6%), o cümlədən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 539,2 milyon manat (+16,8%)təşkiledib. **
R.Əhmədov