ənbə günü Qəzza zolağında «Əş-Şifa» xəstəxanası yaxınlığında şiddətli döyüşlər davam edir. İsrail hərbçilərinin fikrincə, Fələstinin radikal HƏMAS qruplaşmasının baş qərargahı burada yerləşir Bu barədə «The Times of Israel» nəşri xəbər verir.
İsrail hərbçiləri hesab edirlər ki, HƏMAS döyüşçüləri xəstə və xəstəxana əməkdaşlarını binanın altında yerləşən bunker və tunellər şəbəkəsi üçün canlı qalxan kimi istifadə edirlər. İMO-nun məlumatına görə, həmçinin oktyabrın 7-də İsraildə hücum zamanı girov götürülmüş şəxslər torpaq altında tunellərdə saxlanılır.
Son günlər ərzində əksər fələstinlilər xəstəxanaya sığınıblar, lakin İMO qüvvələrinin yaxınlaşması ərəfəsində çoxları buranı tərk edib. Xəstəxana direktorunun sözlərinə görə, binada elektrik yoxdur, çünki son generatorda yanacaq bitib. Tibbi cihazlar söndürülüb. **