Birləşmiş Ərəb Əmirlikləri Yaxın Şərqdəki vəziyyəti nəzərə almadan İsraillə diplomatik əlaqələri qoruyub saxlamaq istəyirlər. Bu barədə «Reuters» xəbər verir.
Mənbənin məlumatına görə, Fələstin-İsrail münaqişəsinin nəticələri BƏƏ-nin mövqeyinə təsir etməyəcək.
KİV hazırda İsrail səfirinin Əbu-Dabidə qalmasınar, diplomatik əlaqələrin dayandırılması üçün heç bir zəmin olmadığına diqqət çəkib.
Eyni zamanda, fələstinlilərin Qəzza zolağından və İordan çayının Qərb sahilindən Misirə və ya İordaniyaya köçürülməsinin BƏƏ üçün qırmızı xətt olacağı vurğulanır. Əgər Yaxın Şərqdə vəziyyət daha da gərginləşərsə, BƏƏ tərəfindən İsraillə əməkdaşlığın dayandırılması ssenarisi də mümkündür.
BƏƏ-nin niyyətləri arasında həm İsrailə təsir etmək, həm də öz maraqlarını qorumaq var. Münaqişənin başa çatması ilə BƏƏ və İsrail, yəqin ki, hərtərəfli dialoqa qayıdacaqlar. **
V.Əliyev