Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin “CivilNet” platformasına verdiyi müsahibə zamanı səsləndirdiyi fikirləri təxribat xarakterli və əsassız adlandırıb.
“Azərbaycan və İran arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmətə əsaslanan münasibətlərə xələl gətirən bu fikirlər (səfirin səsləndirdiyi - İF) eyni zamanda, iki ölkənin prezidenti arasında 9 noyabr 2023-cü il tarixində Daşkənddə baş tutmuş görüş zamanı İran prezidenti tərəfindən səsləndirilən fikirlərlə ziddiyyət təşkil edir. Belə ki, sözügedən görüş zamanı İran prezidenti İbrahim Rəisi Azərbaycanın uzun illərdən sonra öz ərazi bütövlüyünü təmin etdiyini, Qarabağın yenidən Azərbaycana qovuşduğunu sevinclə qeyd edib”, - XİN-in spikeri vurğulayıb.
Hacızadə qeyd edib ki, Bakı İran səfirinin səsləndirdiyi fikirləri təxribat kimi qiymətləndirir.
“İran tərəfindən isə münasibətlərimizin ruhuna uyğun olmayan bu kimi addımların qarşısının alınmasını, habelə səfir tərəfindən səsləndirilmiş fikirlərlə bağlı İran tərəfindən müvafiq addımlar atılacağını gözləyirik”, - Azərbaycan XİN-in spikeri əlavə edib. **
R.Əhmədov