İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri bazar gününə keçən gecə Suriya ərazisinə zərbələr endirib. Bu barədə İsrail Müdafiə Ordusunun (İMO) mətbuat xidməti məlumat verir.
«Bir müddət əvvəl Golan yüksəklikləri istiqamətində baş verən hücuma cavab olaraq İMO HHQ-nin təyyarələri Suriyadakı terror infrastrukturu obyektlərinə hücum edib», - məlumatda deyilir. **