Avstraliyanın xarici işlər naziri Penni Vonq Qəzza zolağına İsrailin hücumlarından dinc əhali arasında zərər çəkənlərin sayını dəhşətli adlandırıb. Bu barədə «Al Jazeera» xəbər verir. Onun sözlərinə görə, Kanberra bölgədəki tibb obyektlərinə hücumun dayandırılmasına çağırır.
"Biz həqiqətən İsraili xəstəxanalara hücumları dayandırmağa çağırırıq. Biz HƏMAS-ın mülki infrastrukturun daxilində gizlənməsi arqumentini başa düşürük. Lakin bilirsiniz, düşünürəm ki, beynəlxalq ictimaiyyət xəstəxanalarda baş verənlərə nəzər yetirərək İsrailə deyərdi: bunlar beynəlxalq hüquqla mühafizə olunan müəssisələrdir və biz sizin bunu etməyinizi istəyirik", - Vonq qeyd edib.
O əlavə edib ki, Avstraliya Qəzzada atəşkəs istiqamətində addımların tərəfdarıdır, lakin İsraildən bu məsələ ilə bağlı birtərəfli qərar istəməyəcək. Vonq vurğulayıb ki, HƏMAS hələ də girovları saxlayır və tərəflər hərbi əməliyyatların dayandırılması barədə razılığa gəlməlidirlər. **
V.Əliyev