Fələstinin HƏMAS hərəkatının nümayəndələri Qəzza zolağında «Əş-Şifa» xəstəxanası ətrafında İsrail Müdafiə Ordusunun (İMO) hərəkətlərinə görə girovlarla bağlı danışıqları dayandırıblar. Bu barədə «Reuters» Fələstin məmuruna istinadən xəbər verir.
«HƏMAS» "Əş-Şifa” xəstəxanasına qarşı İsrail qüvvələrinin hərəkətləri səbəbindən girovlarla bağlı danışıqları dayandırıb», - məlumatda deyilir.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu CNN-ə verdiyi müsahibədə bildirib ki, ölkə hakimiyyəti Qəzza zolağında mülki əhali arasında itkiləri minimuma endirməyə çalışır. **