Aralıq dənizində yanacaq doldurma zamanı təyyarə qəzası nəticəsində AŞ-ın beş hərbçisi həlak olub. Bu barədə bazar günü ABŞ SQ Avropa Komandanlığı məlumat verib.
"Hərbi hazırlığın səviyyəsinin yoxlanışı çərçivəsində havada növbəti yanacaq doldurma missiyası zamanı göyərtəsində beş hərbçinin olduğu ABŞ-a məxsus hərbi təyyarə qəzaya uğrayaraq Aralıq dənizinə düşüb. Beş hərbçinin hamısı həlak olub", - Komandanlığın saytında məlumat verilir.
Sənəddə qeyd olunur ki, həlak olanların ailələrinə hörmət əlaməti olaraq ekipaj üzvlərinin şəxsiyyətləri 24 saat ərzində açıqlanmır.
Komandanlığın məlumatına görə, qəza yerində axtarış işləri başlayıb. ABŞ qəzanın səbəblərini araşdırır. **