Avropa İttifaqının Xarici İşlər Şurası bazar ertəsi Brüsseldə İsrailin HƏMAS-a qarşı həyata keçirdiyi hərbi əməliyyatla bağlı vəziyyəti, Ukraynadakı durumu və Azərbaycan-Ermənistan münasibətlərini nəzərdən keçirəcək.
Aİ Şurasının iclasına dair materiallarda qeyd olunub ki, XİN rəhbərləri Azərbaycanın 19-20 sentyabr 2023-cü il tarixlərində Qarabağda həyata keçirdiyi hərbi əməliyyat, (...) və münasibətlərin normallaşdırılması istiqamətində səylər nəzərə alınmaqla Azərbaycan və Ermənistanla bağlı müzakirələr aparacaqlar.
“Müzakirələr Avropa Şurasının oktyabr ayında keçirilmiş iclasında Aİ-nin davamlı sülhə dəstəyini, Qarabağ ermənilərinə yardımın zəruriliyini vurğuladığını və Aİ-Ermənistan münasibətlərini möhkəmləndirməyə çağırdığını əks etdirən nəticələrə əsaslanacaq. (...) Həmçinin nazirlərin Aİ-nin Ermənistandakı missiyasını gücləndirməsi ilə bağlı məsələni də nəzərdən keçirəcəkləri gözlənilir”, - deyə sənəddə bildirilir.*