ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi (EIA) 2023-2024-cü illərdə Azərbaycanda gündəlik maye karbohidrogen hasilatı üzrə proqnozları azaldıb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə EIA-in aylıq proqnozunda bildirilir.
İdarənin proqnozlarına görə, 2023-cü ildə Azərbaycanda gündəlik maye karbohidrogen hasilatı 0,62 milyon barel (oktyabr proqnozu 0,63 milyon barel) təşkil edəcək. I rübdə gündəlik hasilat 65 milyon barel, II rübdə 0,62 milyon barel, III rübdə 0,62 milyon barel olub, IV rüb üçün proqnoz 0,62 milyon barel (oktyabr proqnozu 0,63 milyon barel) təşkil edir.
Proqnozlara görə, 2024-cü ildə Azərbaycanda gündəlik 0,62 milyon barel (oktyabr proqnozu 0,64 milyon barel) maye karbohidrogen hasil olunacaq. Gələn ilin I-III rüblərində gündəlik neft hasilatı 0,62 milyon barel, IV rübdə 0,63 milyon barel səviyyəsində proqnozlaşdırılır.
İdarənin dəqiqləşdirilmiş məlumatına görə, 2022-ci ildə Azərbaycanda gündəlik 0,67 milyon barel maye karbohidrogen hasil edilib.*
N.Abbasova