15-16 noyabr tarixlərində Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Dayanıqlı maliyyə və investisiya” mövzusuna həsr olunacaq forumun keçirilməsində məqsəd Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilədək Gündəliyinin icrası istiqamətində region ölkələri, eləcə də beynəlxalq təşkilatlarla təcrübə mübadiləsi və əməkdaşlığın gücləndirilməsidir.
Dayanıqlı İnkişafa dair II Bakı Forumunda Avropa, MDB ölkələrinin yüksək vəzifəli şəxsləri, BMT-nin, beynəlxalq maliyyə və regional təşkilatların, dövlət qurumlarının, vətəndaş cəmiyyəti və özəl sektorun nümayəndələri, ekspertlər iştirak edəcəklər.*
B.Rüstəmbəyov