Azərbaycan hökuməti svop əməliyyatları çərçivəsində neft və qaz idxalını 2024-cü il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad etməyi planlaşdırır.
Milli Məclisdən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, müvafiq güzəştlər bu həftə parlamentdə müzakirəyə çıxarılacaq Vergi Məcəlləsinə əlavələrdə nəzərdə tutulub.
Əlavələrə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi təsdiqedici sənəd əsasında svop əməliyyatları çərçivəsində xam neftin və təbii qazın idxalı 2024-cü il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilir.
Hazırda Azərbaycan svop sazişləri çərçivəsində Türkmənistan və İrandan qaz idxal edir.*
R.Əhmədov