2023-cü ilin yanvar-oktyabr aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 19 milyard 452 milyon 794,779 min manat təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 1,9 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BFB-dən məlumat verilib.
6 milyard 914 milyon 163,003 min manat (artım 23,1%) dövlət qiymətli kağızları ilə əqdlərin payına düşüb. Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların həcmi 3 milyard 340 milyon 328,187 min manat (artım 2,2 dəfə) olub. İlkin bazarda 2 milyard 698 milyon 567,511 min manatlıq, təkrar bazarda 641 milyon 760,676 min manatlıq istiqraz yerləşdirilib.
Hesabat dövründə AMB-nin qısamüddətli notlarının yerləşdirilmə həcmi 3 milyard 573 milyon 834,817 min manat (azalma 12,4%) təşkil edib. İlkin bazarda 2 milyard 894 milyon 519,068 min manatlıq, təkrar bazarda 679 milyon 315,749 min manatlıq not yerləşdirilib.
10 ay ərzində BFB-nin ümumi dövriyyəsində 1 milyard 183 milyon 69,556 min manat (artım 19,1%) korporativ bazarın, o cümlədən 609 milyon 320,816 min manat ilkin bazarın, 573 milyon 748,739 min manat təkrar bazarın payına düşüb.
İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilmə həcmi 776 milyon 807,946 min manat, sair korporativ istiqrazların yerləşdirilmə həcmi 343 milyon 172,271 min manat, səhmlərin yerləşdirilmə həcmi 63 milyon 89,338 min manat təşkil edib.
Hesabat aylarında BFB-nin ümumi dövriyyəsində 11 milyard 355 milyon 562,220 min manat repo əməliyyatlarının (artım 2,9 dəfə) payına düşüb.
BFB-nin məlumatına görə, oktyabrın sonuna birjanın kapitallaşması 5 milyard 904,144 min manat təşkil edib ki, bu da 2023-cü ilin əvvəlinə olan göstəricidən 19,3% çoxdur.*
X.Nəsirzadə