Azərbaycan hökuməti 2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurun bərpasına dövlət büdcəsindən 4 milyard manat (cari məzənnə ilə $2,35 milyard) yönəldəcək. Bunu maliyyə naziri Samir Şərifov bu gün parlamentdə 2024-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, 2023-cü ilin sonuna Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işlərinə dövlət büdcəsindən ayrılmış vəsait 12 milyard manata (cari məzənnə ilə $7,06 milyard) çatacaq.*
B.Rüstəmbəyov