2023-cü il noyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda vergi ödəyiciləri tərəfindən 94,02 min ədəd (oktyabrda 790, sentyabrda 642 ədəd) yeni nəsil nəzarət-kassa aparatı (NKA) quraşdırılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Vergi Xidmətindən (DVX) məlumat verilib.
“2023-cü ilin yanvar-oktyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 18 milyard manata yaxın olub ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 15% çoxdur”, - deyə məlumatda bildirilir.
2022-ci ildə yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 19,5 milyard manat (2021-ci ilin göstəricisi ilə müqayisədə artım 26,6%) təşkil edib.*
X.Nəsirzadə