Azərbaycanda banklara yerləşdirilən əmanətlərin 70%-dən çoxunun məbləği 30 min manata qədərdir. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2024-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, bununla əlaqədar AMB bəzi təkliflər hazırlayaraq Dövlət Vergi Xidmətinə təqdim edib.
Xəbər verildiyi kimi, 2023-cü ilin yanvar-sentyabr aylarında əhalinin banklardakı əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 8,2% - 12 milyard 705,47 milyon manatadək artıb. 2023-cü il sentyabrın sonuna rezidentlərin banklardakı əmanətlərinin həcmi 11 milyard 404,88 milyon manat (9 ay ərzində artım 7,9%), qeyri-rezidentlərin – 1 milyard 300,58 milyon manat (artım 10,8%) təşkil edir.*
B.Rüstəmbəyov