Azərbaycan Mərkəzi Bankının (AMB) baza ssenarisinə əsasən, 2023-cü ildə ölkədə ÜDM 1,3% artacaq. Bunu AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
O bildirib ki, AMB-nin baza ssenari əsaslı proqnozlarına görə, 2024-cü ildə ölkədə ÜDM-in artımı 3,3%, 2025-ci ildə isə 3,2% təşkil edəcək.
Xəbər verildiyi kimi, İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, cari ildə ÜDM 1,9%, 2024-cü ildə 2,4%, 2025-ci ildə isə 2,9% artacaq.
2022-ci ildə Azərbaycanda ÜDM 4,6% artıb.*
R.Əhmədov