Almaniya 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan 3,229 min ton qabığı təmizlənmiş meşə findığı idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,8 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Almaniya Federal Statistika İdarəsinin (Destatis) materiallarına istinadən xəbər verir.
Hesabat dövründə tədarükün dəyəri 65,1% artaraq 17,577 milyon avro təşkil edib.
Sentyabrda Azərbaycan Almaniyaya 149 ton meşə fındığı (illik müqayisədə artım 70,9 dəfə) ixrac edib. İxracın həcmi dəyər ifadəsində 35,9 dəfə artaraq 0,826 milyon avro təşkil edib.
Destatis-in məlumatına görə, 2022-ci ildə Almaniya Azərbaycandan qabığı təmizlənmiş meşə findığı idxalını 2021-ci illə müqayisədə 3,7% - 2,437 min tona qədər artırıb. Hesabat dövründə tədarükün həcmi dəyər ifadəsində 2,6% - 14,331 milyon avroya qədər artıb.*
R.Kərimov