İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Respublikasının müxtəlif şəhər və rayonlarında yerləşən dövlət əmlaklarının 2024-cü il ərzində qiymətləndirilməsi xidmətinin satın alınması üzrə açıq tender elan edib.
Tenderdə iştirak haqqı 350 manatdır.
Tenderin şərtlərinə görə, qiymətləndiricinin vəzifələrinə 10 dövlət müəssisəsinin çevrilməsi nəticəsində yaradılacaq səhmdar cəmiyyətlərinin və məhdud məsuliyyətli cəmiyyətlərinin nizamnamə kapitalının müəyyən edilməsi; 250 kiçik dövlət müəssisə və obyektinin, o cümlədən daşınar dövlət əmlaklarının qiymətləndirilməsi; 1500 torpaq sahəsinin qiymətləndirilməsi; 500 nəqliyyat vasitəsinin qiymətləndirilməsi daxildir.
Qiymətləndiricinin xidmətləri 12 aylıq müddəti əhatə etməlidir.
İddiaçılar təkliflərini 11 dekabr saat 16:00-dək təqdim etməlidir. Təklif zərfləri 12 dekabr saat 10:00-da açılacaq.
Əlaqələndirici şəxs: Kənan Əskərov;
Telefon: (+99412) 311-01-60 (1457); Email: keskerov@emlak.gov.az.*
X.Nəsirzadə