Azərbaycan-Mərakeş arasında əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanınikinci isclasının yekunlarına dair 5 sənəd imzalanıb.
“İnterfaks-Azərbaycan” Mərakeş Xarici İşlər Nazirliyinə istindaən xəbər verir ki, Hökumətlərarası Birgə Komissiyanın iclası noyabrın 13-də Rabatada həmsədrlərin – Azərbaycan və Mərakeş XİN başçısları Ceyhun Bayramov və Naser Buritanın iştirakı ilə keçirilib.
Xüsusilə, Koimissiyanın iclasının yekunlarına dair aşağıdakı sənədlər imzalanıb: logistika sahəsində çərçivə sazişi; energetika sahəsində əməkdaşlığa dair saziş; ətraf mühit və dayanıqlı inkişaf sahəsində qarşılıqlı Anlaşma Memorandumu; məşğulluq sahəsində əməkdaşlıq məsələləri üzrə Anlaşma Memorandumu; səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq məsələləri üzrə Anlaşma Memorandumu. **
R.Kərimov