OPEC 2023-cü ildə Azərbaycanda gündəlik maye karbohidrogen hasilatı üzrə proqnozu 0,7 milyon barel səviyyəqsindəsaxlayıb, bu da 2022-ci ilin göstəricisinə uyğundur.
“İnterfaks-Azərbaycan” agentliyi OPEC-in aylıq hesabatına istinadən bildirir.
Hesabata əsasən, sentyabrda Azərbaycanda maye karbohidrogen hasilatı avqust ayının göstəricisi ilə müqayisədə 6 min barel aratraq orta hesabla 0,6 milyon barel (illik hesablamada azalma 41 min barel) təşkil edib.
"Rəsmi mənbələrə görə, sentyabrda Azərbaycanda neft hasilatı orta hesabla 504 min barel, kondensat isə 139 min barel təşkil edib. Proqnozlaşdırılır ki, 2023-cü ildə ölkədə maye karbohidrogen hasilatı təxminən 20 min barel azalacaq və orta hesabla 0,7 milyon barel təşkil edəcək. Bu, sentyabrında iri neft yataqlarında hasilatın gözləniləndən aşağı olması ilə əlaqədar təxminən 8 min barel azalma istiqamətində nəzərdən keçirmədir (proqnozun - İF)", - hesabatda deyilir.
OPEC-in məlumatına görə, bu il Azəri, Çıraq və Günəşli kimi köhnə yataqlarda (AÇG bloku) neft hasilatının azalmasının digər yataqlarda hasilatın artırılması hesabına kompensasiya olunacağı gözlənilir.
2024-cü ildə OPEC Azərbaycanda maye karbohidrogen hasilatını da orta hesabla 0,7 milyon barel səviyyəsində proqnozlaşdırır. Bununla yanaşı, hasilatın qismən «Şahdəniz», «Abşeron» və «Ümid-Babek» qaz-kondensat layihələri hesabına təmin ediləcəyi proqnozlaşdırılır.
"Azərbaycanda AÇG blokunda hasilata həmçinin gələn il “Mərkəzi Şərqi Azəri"-nin yeddinci platformasının işə salınması ilə təkan verilməlidir. Lakin bunun ümumi azalma tempini (AÇG üzrə neft hasilatı - İF) dayandırmayacağı gözlənilir", - OPEC vurğulayır. **
N.Abbasova