"Azərenerji" ASC 110 kV-luq ikidövrəli "Şuşa YS - Xankəndi 1 YS" EVX-nin tikintisi üçün podratçı seçir.
Seçim açıq tender üsulu ilə keçirilir.
Tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
İddiaçının ən azı 3 il müasir texnologiyalardan istifadə etməklə analoji işlərə uyğun elektrik stansiyalarının, yarımstansiyaların və elektrik verilişi xətlərinin tikintisi işlərinin təcrübəsinə malik olmasına dair təsdiqedici sənədləri olmalıdır. Eləcə də, yuxarıda sadalanan layihələr və tikinti işləri üzrə müqavilələrin ümumi dəyərinin minimum olaraq 15 milyon manat yuxarı olmasına dair təsdiqedici sənədləri olmalıdır.
İddiaçı şirkətin elektrik stansiyalarının, yarımstansiyaların, elektrik istehsalı işləri üzrə başqa layihələrin tikintisi, yenidənqurulması, elektrik şəbəkəsində genişlənməsi və elektrik verilişi xətlərinin tikinti-quraşdırılması üzrə ən azı 3 layihədə baş podratçı qismində iştirak təcrübəsinə malik olmasına dair təsdiqedici sənədlər;iddiaçı şirkətin çox təcrübəli, yüksək peşəkar mütəxəssislərinin olmasını təsdiq edən sənədləri olmalıdır.
Şirkətlərdən tender təklifləri 27 noyabr saat 16:15-dək qəbul olunur. Əlaqə telefonu: 598-26-96, 490-09-27.
Tender rposeduru 28 noyabr saat 16:15-də baş tutacaq. **
N.Abbasova