Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 23-də Minskdə keçiriləcək KTMT sammitində iştirak etməyəcək. Bu barəd Ermənistan hökumətindən məlumat verilib.
"Belarus tərəfinin təşəbbüsü ilə Ermənistanın baş naziri Nikol Paşinyan və Belarus prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub. Ermənistanın baş naziri Belarus prezidentinə KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak edə bilməyəcəyi barədə məlumat verib, KTMT üzrə həmkarlarının bu qərara anlayışla yanaşacaqlarına ümid etdiyini bildirib", - hökumətin mətbuat xidməti bəyan edir.
Qeyd olunur ki, Paşinyan və Lukaşenko noyabrın 23-də Minskdə keçirilməsi planlaşdırılan KTMT-nin iclasının təşkili ilə bağlı məsələləri müzakirə ediblər. **