Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın 23 noyabr tarixinə Minskdə keçirilməsi planlaşdırılan KTMT sammitində iştirakdan imtina etməsindən təəssüfləndiyini bildirib.
«Təəssüf etmək olar, çünki bu cür görüşlər fikir mübadiləsi, saatların tutuşdurulması üçün çox yaxşı səbəbdir», - Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin müvafiq sualına cavabında bildirib.
Bununla belə, o hesab edir ki, bu və ya digər ölkələrin rəhbərlərinin bu cür qərarların qəbul edilməsi üçün öz səbəbləri ola bilər.
«Biz başa düşürük ki, hər bir hökumət başçısının və ya dövlət başçısının iş cədvəlində öz tədbirləri, öz səbəbləri ola bilər», - deyə o əlavə edib. **