Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki respublikanın şəhər və rayonlarında yerləşən mühafizəyə ehtiyacı olan müəssisə və obyektlərdə 2024-cü il ərzində gözətçi və patrul xidmətinə 6,5 milyon manatdan çox vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” dövlət satınalmaları portalına istinadən xəbər verir ki, «Gesco» ASC ilə müvafiq müqavilə bağlanıb.
Müqavilənin dəyəri – 6 milyon 515,351 min manatdır.
Bütövlükdə, 311 dövlət müəssisə və obyektin mühafizəsi təmin olunmalıdır. **
B.Rüstəmbəyov