Almaniya 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana 909 ton əczaçılıq məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 16,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Almaniya Federal Statistika İdarəsinin (Destatis) materiallarına istinadən xəbər verir.
Hesabat dövrü ərzində tədarük pul ifadəsində 7,8% - 31,822 milyon avroya qədər artıb.
Sentyabr ayında Azərbaycan Almaniyadan 100 ton bu məhsulu idxal edib (illik hesablamada artım 1,5 dəfə). Dəyər ifadəsində idxal 15,9% artaraq 3,461 milyon avro təşkil edib.
Destatis-in təkrar nəzərdən keçirilmiş məlumatına görə, 2022-ci ildə Almaniya Azərbaycana əczaçılıq məhsullarının ixracını 2021-ci illə müqayisədə 2,4 dəfə artıraraq 1,273 min tona çatdırıb. Hesabat dövründə tədarük dəyər ifadəsində 24,5% - 38,018 milyon avroyadək artıb. **
R.Kərimov