ATƏT-in digər beynəlxalq təşkilatlarla yanaşı Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməsi zəruridir. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyevbəyan edib.
DTX-nin məlumatında qeyd olunur ki, Nağıyev çərşənbə axşamı Bakıda ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma ilə görüşdə bu barədə bəyan edib.
“Hazırda Azərbaycan işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı yenidənqurma işləri aparır, lakin sözügedən ərazilərin əhəmiyyətli hissəsinin Ermənistan tərəfindən minalanmasının və dəfələrlə danışıqların mövzusu olmasına baxmayaraq, Azərbaycan tərəfinə mina xəritələrinin verilməməsi və ya minaların yerlərinin qeyri-dəqiq təqdim olunması bərpa-quruculuq prosesinin sürətlə reallaşdırılmasına ciddi maneə törədir”, - Nağıyev deyib.
O, mina terroru qurbanlarının hər ötən gün daha da artdığı nəzərə alınaraq digər beynəlxalq təşkilatlarla yanaşı, ATƏT-in də Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməsinin zəruriliyinivurğulayıb.
Həmçinin, Nağıyev qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz və etnik təmizləmə siyasəti nəticəsində 4 minə yaxın vətəndaşımızın itkin düşüb.
«Torpaqlarımızın işğaldan azad olunması onların axtarışını asanlaşdırsa da, lakin bununla belə xeyli sayda soydaşımızın taleyinə aydınlıq gətirmək hələ də mümkün olmamışdır.Ermənistan bu istiqamətdə də qeyri-konstruktivlik nümayiş etdirərək azərbaycanlıların kütləvi basdırıldığı məzarlıqların yerlərinin tapılması sahəsində əməkdaşlıq etməkdən müxtəlif bəhanələrlə boyun qaçırır”, - Nağıyev bəyan edib.
Eyni zamanda, DTX rəisi vurğulayıb ki, bütün bunlara baxmayaraq, Azərbaycan bölgədə davamlı sülhün və sabitliyin bərqərar olması üçün səylərini əsirgəmir, daima qonşuluq və dinc yanaşı yaşama prinsiplərini üstün tutaraq Qarabağda yaşayan erməni əsilli şəxslərin təhlükəsizliyinə hərtərəfli təminat və zəmanət verir. Bununla əlaqədar, Ermənistanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması vacibdir.
Nağıyev bildirib ki, regionda dayanıqlı sülhün yaranmasına əlverişli imkanın mövcud olduğu bir vaxtda bəzi dövlətlərin bölgədə vəziyyəti yenidən gərginləşdirmək məqsədilə Ermənistanı silahlandırmas “qəbuledilməzdir, belə hallar yenidən müharibənin alovlanmasına səbəb olacaq”.
Öz növbəsində, Kauma təmsil etdiyi təşkilatın Azərbaycanla Ermənistan arasında etimad quruculuğu prosesinə lazımi dəstək verə biləcəyini və bölgənin gələcək təhlükəsizliyi ilə bağlı öz mövqeyini bildirib.
“Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub”, - DTX qeyd edir. **
B.Rüstəmbəyov