Milli Məclis çərşənbə axşamı keçirilən plenar iclasda İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi layihəsini I oxunuşda qəbul edib.
“İnterfaks-Azərbaycan”ın parlament müxbiri məlumat verir ki, İşsizlikdən sığorta fondunun 2024-cü il üçün gəlir və xərcləri 238 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2023-cü ilin proqnoz göstəricisindən 9,3% çoxdur.
Gələn il fondun gəlirləri aşağıdakı mənbələrdən formalaşacaq: işsizlikdən sığorta haqqı – 179 milyon 976,8 min manat (fondun gəlirlərinin 75,6%-i), 2023-cü ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaiti - 57 milyon 953,2 min manat (24,4%), özəl sektor üzrə gəlirlər – 134,6 milyon manat (-10,108 milyon manat).
2024-cü ildə fondun xərcləri aşağıdakı istiqamətlər üzrə olacaq: özünüməşğulluq tədbirlərinin təşkili xərcləri - 73 milyon manat, 45 milyon manat - Dövlət Məşğulluq Agentliyinin aparatının və onun yerli orqanlarının, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın saxlanılması xərclər, 35 milyon manat - peşə hazırlığı və əlavə təhsilin təşkili xərcləri, 15 milyon manat - işsizliyə görə sığorta ödənişi, qalanı digər məqsədlrə. **
X.Nəsirzadə