Bakı və Rabata arasında bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıq planlaşdırılır.
Xəbər verildiyi kimi, Azərbaycan-Mərakeş arasında əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın ikinci isclası çərçivəsində Bakı və Rabata arasında energetika sahəsində əməkdaşlığa dair saziş imzalanıb.
“İnterfaks-Azərbaycan” Mərakeş Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu sənəd neft və qaz sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi, enerji xidmətləri sahəsində əməkdaşlıq imkanlarının öyrənilməsi, enerji sahəsində qarşılıqlı maraq kəsb edən elmi-texniki tədqiqatların aparılması və bərpa olunan enerji mənbələri və onlardan optimal istifadə sahəsində əməkdaşlıq məqsədilə tərəflər arasında məlumat mübadiləsini nəzərdə tutur.
Nazirlikdən əlavə olunub ki, daha bir imzalanmış sənədin - logistika sahəsində əməkdaşlıq haqqında çərçivə sazişinin məqsədi Mərakeş və Azərbaycan arasında logistika sahəsində qarşılıqlı səmərəli əməkdaşlığın qurulması, həmçinin logistika mərkəzlərinin inkişafı vasitəsilə logistika axınlarının sadələşdirilməsi və yaxşılaşdırılması, kommersiya logistika zəncirlərinin təkmilləşdirilməsi, logistika üzrə təhsil müəssisələri arasında əməkdaşlığın inkişafı, habelə logistika sahəsində bilik mübadiləsinin təşviqidir.
Xəbər verildiyi kimi,Azərbaycan və Mərakeşnoyabrın 13-də Rabatada keçirilən Hökumətlərarası Birgə Komissiyanın iclasının yekunlarına dair 5 sənəd imzalayıb. **
İnformasiya şöbəsi