Azərbaycanın xarici işlər naziri,Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsdəri Ceyhun Bayramov məlumat verib ki, Birinci Azərbaycan-Mərakeş Biznes Forumunda iştirak edib.
“Azərbaycan-Mərakeş Biznes Forumunun açılışında (Rabatada - İF) nitq ilə çıxış etməyə şadam”, - Bayramov “X” sosial şəbəkəsində yazıb.
“Forum qarşılıqlı səmərəli imkanların öyrənilməsində mühüm dövr olacaq”, - Azərbaycan XİN başçısı əlavə edib. **
R.Kərimov