Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Aviasiya Kompleksinin sədri, aviasiya vitse-marşalı Nadim Axtar Xan ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat verir.
“Görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib”, - məlumatda deyilir.
Görüş Həsənovun «Dubai Airshow 2023» beynəlxalq sərgisində iştirak üçün səfər etdiyi Birləşmiş Ərəb Əmirliklərində baş tutub. **
B.Rüstəmbəyov