İsrailin Müdafiə Ordusu (İMO) Qəzza şəhəri ətrafında HƏMAS qruplaşmasının müdafiə xəttini keçib. Bu barədə İsrailin müdafiə naziri Yoav Qallant bəyan edib.
«Nazir deyib ki, İMO Qəzza şəhəri ətrafında, şimaldan və cənubdan HƏMAS-ın müdafiə qurğularını yarıb», - “The Times of Israel” xəbər verir.
"Mən vəzifələri yerinə yetirmək üçün bu gün və qarşıdakı günlərdə orduya hücumu davam etdirmək əmri verdim. Biz missiyamızı yerinə yetirməyənə və girovları geri qaytarmayana qədər HƏMAS-ın gizlənəcək yeri olmayacaq", - o qeyd edib.
Onun sözlərinə görə, qoşunlar Qəzza zolağının şimalına, xüsusilə Qəzza şəhərinə nəzarət edirlər. **