2023-cü ilin yanvar-oktyabr aylarında operativ məlumatlara əsasən, Azərbaycandan neft ixracı 21 milyon ton olub. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir qeyd edib ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 25,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
2022-ci ildə Azərbaycanda qaz kondensatı ilə birlikdə 32 milyon 667,7 min ton (azalma 5,5%) neft hasil edilib, ixracın həcmi 26,3 milyon ton (azalma 6,5%) təşkil edib.
Azərbaycan hökuməti 2023-cü ildə Azərbaycanda neft hasilatını 30,5 milyon ton səviyyəsində proqnozlaşdırır.*
N.Abbasova