2023-cü ilin yanvar-oktyabr aylarında Sahibkarlığın İnkişafı Fondunun (SİF) xətti ilə sahibkarlara 127,3 milyon manat güzəştli kredit verilib.
“2023-cü ilin 10 ayı ərzində 2470 layihənin maliyyələşdirilməsinə verilmiş kreditlər hesabına 2,009 min yeni iş yerinin yaradılması nəzərdə tutulur”, - deyə fonddan “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Oktyabr ayı ərzində fondun müvəkkil bankları tərəfindən 365 layihənin həyata keçirilməsi üçün 25,4 milyon manat kredit (sentyabrda 355 layihənin həyata keçirilməsi üçün 21,1 milyon manat) verilib.
2023-cü ildə SİF-in xətti ilə sahibkarlara 150 milyon manat məbləğində güzəştli kreditin verilməsi planlaşdırılır.
2022-ci ildə sahibkarlara 145,9 milyon manat güzəştli kredit verilib.*
B.Rüstəmbəyov