Azərbaycan İnvestisiya Holdinqi (AİH) 2020-2022, 2023 və 2024-cü illərin maliyyə hesabatlarının beynəlxalq audit standartlarına uyğun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi olan “Ernst & Young Azerbaijan” şirkəti ilə 197,65 min manat məbləğində müqavilə bağlanıb.*
X.Nəsirzadə