Azərbaycan 2023-cü ilin yanvar-sentyabr aylarında 64 min 302,14 ton AI-92 markalı avtomobil benzini idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 67,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
AI-92 markalı avtomobil benzininin idxal dəyəri $59 milyon 534,3 min (azalma 73,4%) təşkil edib.
2023-cü ilin yanvar-sentyabr aylarında idxalın əsas həcmi Türkmənistan ($22 milyon 692,02 min dəyərində 25 min 970,81 ton) və Litvanın ($22 milyon 587,39 min dəyərində 20 min 943,53 ton) payına düşüb. Rusiyadan 17 min 387,79 ton benzin ($14 milyon 254,89 min dəyərində) idxal olunub.
2022-ci ildə Azərbaycana 223 milyon 456,8 min dollar dəyərində 198 min 790,13 ton AI-92 markalı avtomobil benzini idxal edilib. 2021-ci ildə AI-92 markalı benzinin idxalı həyata keçirilməyib.
Azərbaycanda AI-92 markalı avtomobil benzini yalnız Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur.*
N.Abbasova