Azərbaycanda 2019-cu ildən bəri qeyri-neft sektorunda 350 min yeni iş yeri yaradılıb. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən II Bakı Forumunda çıxışı zamanı deyib.
“Son 5 il ərzində Azərbaycanda qeyri-neft sektorunda 350 min yeni iş yeri yaradılıb. Bu, ildə 70 min iş yeri deməkdir”, - deyə nazir bildirib.
O vurğulayıb ki, açılan yeni iş yerlərinin sayı bağlanmış iş yerləri ilə müqayisədə çoxdur. “Buna görə də gələcəkdə bizim əsas vəzifəmiz yaradılan iş yerlərinin sayı deyil, onların keyfiyyətidir”, - deyə Cabbarov əlavə edib.
Nazir bildirib ki, özəl sektorun ÜDM-də payı 86%-ə çatıb.*
B.Rüstəmbəyov