“Mənzil İnşaatı Dövlət Agentliyi” publik hüquqi şəxs (MİDA) 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq audit standartlarına uyğun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi üçün “Nexia EA” QSC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, şirkətlə 29,5 min manat məbləğində müqavilə bağlanıb.
Müqavilənin şərtlərinə görə, audit rəyi 10 aprel 2024-cü il tarixinədək hazır olmalıdır.*
X.Nəsirzadə