Avropa İttifaqı (Aİ) ölkələri – İtaliya, Yunanıstan və Bolqarıstan 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan qaz idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3% - 364,157 min teracoula qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Aİ-nin Statistika İdarəsinə (Avrostat) istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycandan Aİ ölkələrinə idxal olunmuş qazın dəyəri 4,568 milyard avro (azalma 2,5 dəfə) təşkil edir.
Sentyabrda Aİ ölkələri Azərbaycandan qaz idxalını 6,6% - 41,648 min teracoula qədər azaldıb və bu məqsədlər üçün 389,205 milyon avro (azalma 6,6 dəfə) yönəldib.
Xəbər verildiyi kimi, Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycandan 15,599 milyard avro dəyərində (il ərzində artım 4 dəfə) təbii qaz idxal edib.
2022-ci ildə Azərbaycan qaz ixracını 18% - 22,3 milyard kubmetrə qədər artırıb, Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac edilib.
2023-cü ildə Azərbaycandan qaz ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.*
R.Kərimov