Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov “Dubai Airshow 2023” beynəlxalq sərgisində nümayiş etdirilən İtaliya Respublikasının “Leonardo” şirkətinin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.
“Şirkətin rəhbəri ilə keçirilən görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi xüsusi vurğulanıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub”, - deyə Müdafiə Nazirliyindən bildirilib.*
R.Kərimov