Ötən həftə ABŞ-ın kommersiya neft ehtiyatları 3,6 milyon barel artıb. Bu barədə ABŞ-ın Energetika Nazirliyinin həftəlik hesabatında deyilir.
Noyabrın 10-da başa çatmış həftə ərzində benzinin əmtəə ehtiyatları 1,5 milyon barel, distillyatların kommersiya ehtiyatları isə 1,4 milyon barel azalıb.*