Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 16-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Noyabrın 16-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8421 manat/1EUR səviyyəsində (noyabrın 15-nə 1.8493 manat/1EUR) müəyyən edilib.
AMB noyabrın 16-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0190 manat/1RUB səviyyəsində (noyabrın 15-nə 0.0188/1RUB) müəyyən edib.
AMB noyabrın 16-na manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0593 manat/1TRY səviyyəsində saxlayıb. **
B.Rüstəmbəyov