Avropa İttifaqı (Aİ) Şurası prezidentinin xarici siyasət üzrə baş müşaviri Simon Mordue məlumat verib ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
“Prezidentin köməkçisi Hikmət Hacıyevlə Aİ-Azərbaycan əlaqələrini müzakirə etdik”, - Mordue X sosial şəbəkəsində yazıb.
O vurğulayıb ki, Azərbaycan Aİ üçün Qafqazda vacib tərəfdaşdır və əlavə edib ki, Aİ Bakı və İrəvan arasında münasibətlərin normallaşma prosesini dəstəkləməyə davam edəcək. **
R.Kərimov