2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $15 milyard 171 milyon 803,75 min təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 34,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $43 milyard 520 milyon 184,95 min (2022-ci ilin eyni dövrü ilə müqayisədə azalma 6%) təşkil edib. Hesabat dövründə ixracın həcmi $29 milyard 345 milyon 994,35 min (azalma 15,5%), idxalın həcmi $14 milyard 174 milyon 190,6 min (artım 22,3%) təşkil edib.
İxracın strukturunda əsas həcm (90,76%) neft-qaz sektoru məhsullarının payına düşüb.
İdxalın strukturunda 12,61% ərzaq məhsullarının, 0,68% tütün və tütün məhsullarının, 3,4% əczaçılıq məhsullarının, 0,46% gübrələrin, 3,1% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,3% oduncaq və ondan hazırlanan məmulatların, 2,45% geyim və geyim aksessuarlarının, 6,44% qara metallar və onlardan hazırlanan məmulatların, 19,97% maşın, mexanizm, elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 15,92% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,79% mebelin, 31,88% digər məhsulların payına düşüb.
Xarici ticarət əməliyyatlarında 9 909 özəl və dövlət müəssisəsi və 52 906 fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 193 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 44,83%-i), Türkiyə (16,49%), İsrail (4,52%), Yunanıstan (4,2%), Rusiya (3,27%), Hindistan (2,81%), İspaniya (2,44%), Çexiya (2,23%), Gürcüstan (2,14%) və Almaniya (2,13%) ilə, əsas idxal əməliyyatlarını isə Rusiya (17,51%), Çin (17,64%), Türkiyə (13,46%), Almaniya (5,45%), Türkmənistan (4,45%), ABŞ (4,27%), Fransa (2,6%), İran (2,7%), Koreya (2,52%) və Yaponiya (2,54%) ilə həyata keçirib.
2022-ci ildə Azərbaycanın xarici ticarətinin müsbət saldosu neft və qaz qiymətlərinin yüksək olması fonunda $23 milyard 606 milyon 771,14 min təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 2,2 dəfə çoxdur.**
X.Nəsirzadə